...

15 yaşlı yeniyetmə "Emmi"nin rekordçusu olub

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 13:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

15 yaşlı britaniyalı aktyor Ouen Kuper “Emmi” mükafatlandırma mərasimində yeni rekorda imza atıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sözügedən gənc aktyor olaraq “Emmi” tarixinin ən gənc laureatına çevrilib. O “Keçid dövrü” serialında oynadığı rola görə bu mükafata layiq görülüb.

“Netflix” layihəsi olan mini-serial həmçinin beş “Emmi” heykəlciyi o cümlədən “ən yaxşı mini serial və antologiya” nominasiyası üzrə mükafatla təltif olunub.

Serialın sujetinə əsasən, 13 yaşlı Ceymi (Kuper) ağır cinayətdə şübhəli bilinir. Dörd epizodda tamaşaçı cinayət işinin inkişafını izləyir: Ceyminin polis məntəqəsində saxlanılması, uşaq psixoloqu ilə söhbət, söhbət əsnasında onun şəxsiyyətinin üzə çıxan gözlənilməz təzahürlərini

Filmdə eyni zamanda Stiven Qrem, Eşli Uolters, Kristina Tremarko, Erin Doerti çəkilib. Qeyri-adi çəkiliş üslubu ilə seçilən dramın rejissoru Fil Barantinidir (“Çernobıl” serialı ilə məşhurdur).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti