Xocavənd.Trend:
Yurduma qayıtmaqla sanki yenidən cavanlaşdım.
Bunu Trend-ə açıqlamasında Xacavənd rayonu Qırmızı Bazar sakini İslam Dadaşov deyib.
Onun sözlərinə görə, burada yaşamaq üçün hər bir şərait yaradılıb:
"Evlərin təmiri və təmizliyi yüksək səviyyədədir. Yaşamağımız üçün hər bir şərait var. Prezident İlham Əliyevin "dəmir yumruğu" sayəsində bu günlərə gəldik".