Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana təqribən 465,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 26,7 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 29,2 milyon kVt/saat və ya 6,7%, dəyər ifadəsi ilə 4,4 min ABŞ dolları, yaxud 20% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində Gürcüstandan Azərbaycana 1,4 milyon ABŞ dolları dəyərində, 22,2 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 632 min ABŞ dolları və ya 30,4%, həcm ifadəsində isə 9,7 milyon kVt/saat və ya 30,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 41,6 milyon ABŞ dolları dəyərində, 737,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 91,7 milyon kVt/saat elektrik enerjisi idxal edilib.