Bakı. Trend:
İrlandiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası, iki çəki kateqoriyasında keçmiş UFC çempionu Konor MakQreqor İrlandiyada prezidentliyə namizədlikdən vaz keçib.
Trend xəbər verir ki, bu barədə idmançının özü “X” səhifəsində məlumat yayıb.
MMA döyüşçüsü bu seçimin asan olmadığını, lakin ailəsi ilə məsləhətləşdikdən sonra belə bir qərara gəldiyini vurğulayıb.
“Mən Amerikada qalmaqdayam və İrlandiyada yeni iş yerlərinin yaradılmasına gətirəcək qarşıdakı görüşlərdə iştirak edəcəyəm”, -deyə MakQreqor sonda yazıb.
Bundan əvvəl, sentyabrın 4-də keçmiş UFC çempionu tərəfdarlarını İrlandiya prezident seçkilərində ona dəstək olmağa çağırmışdı.