...

Alimlər beyin qocalmasına qarşı ən yaxşı pəhrizi müəyyən edib

Maraqlı Materials 15 Sentyabr 2025 14:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ben-Qurion, Harvard və Leypsiq universitetlərindən olan alimlər müəyyən ediblər ki, yaşıl çayla müşayiət olunan, xüsusi bir Aralıq dənizi pəhrizi beyin qocalma proseslərini ləngitməyə kömək edir.

Trend xəbər verir ki, bu haqda elmi tədqiqatın nəticələri “Clinical Nutrition” elmi dərgisində dərc olunub.

18 ay davam edən eksperimentdə təxminən 300 nəfər iştirak edib. Onlar üç qidalanma sxemindən birinə riayət ediblər: standart sağlam qidalanma, klassik Aralıq dənizi pəhrizi və ya onun “yaşıl” variantı.

Aralıq dənizi pəhrizi Yunanıstan, İtaliya, İspaniya və digər Aralıq dənizi ölkələrinin sahilyanı bölgələrinin ənənəvi qida vərdişlərinə əsaslanır. Bu pəhriz çoxlu tərəvəz, meyvə, balıq, dəniz məhsulları və qoz-fındıq qəbulu ilə müşayiət olunur.

Qan analizləri göstərib ki, üçüncü qrup iştirakçılarında beynin sürətlənmiş qocalması ilə bağlı zülalların səviyyəsi azalıb. Tədqiqatçılar bu effekti yaşıl çay və mankayda mövcud olan iltihabəleyhinə birləşmələrlə izah edirlər. Onların fikrincə, bu kimi məhsullar qoz-fındıq, zeytun yağı kimi faydalı yağlarla zəngin qidaları tamamlayaraq beyin funksiyalarını dəstəkləyə, neyronların örtüyünü formalaşdırmağa və hüceyrələri oksidləşmədən qoruya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti