Bakı. Trend:
“PAŞA Həyat Sığorta” ASC “kredit həyat sığortası” üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirdi.
Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit
götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.
İstehlak krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində
müştərinin 27 853 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC
tərəfindən aidiyyəti üzrə ödənilib.
Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu sığorta şirkəti tərəfindən ödənilir.
Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olan kredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.