Bakı. Trend:
İsrail ordusunun iri miqyaslı əməliyyatı ərəfəsində 320 mindən çox fələstinli Qəzza şəhərindən təxliyə olunaraq zolağın digər ərazilərinə yerləşib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Təxliyə olunanların təxminən 20 min nəfəri bu gecə şəhəri tərk edən sakinlərdir.
IDF HƏMAS-a qarşı iri miqyaslı əməliyyata hazırlaşması ərəfəsində Qəzza şəhərində bir milyona yaxın fələstinlinin yaşadığı təxmin edilirdi.
Bundan bir neçə gün əvvəl, IDF səmadan İsrail ordusunun şəhərdə intensiv əməliyyatlara başlayacağı və sakinlərin təxliyə olunması ilə bağlı xəbərdarlıq vərəqələri atmışdı.