...

Ronaldoya “qızıl buts” təqdim olunub

İdman Materials 15 Sentyabr 2025 09:38 (UTC +04:00)
Ronaldoya “qızıl buts” təqdim olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Qızıl buts”unu alıb.

Trend xəbər verir ki, “Əl-Nəsr” – “Əl-Xolud” (2:0) matçından əvvəl portuqaliyalı futbolçuya ötən mövsüm Səudiyyə Pro-Liqasının ən yaxşı bombardiri kimi mükafat təqdim olunub.

K.Ronaldo 2024/25 mövsümündə keçirdiyi 30 oyunda 25 qol vurub.

Qeyd edək ki, hücumçu ardıcıl ikinci mövsümdür, Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı bombardiri olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti