Bakı. Trend:
Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələ keçiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan
əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38
yaşlı M.Mehdiyeva, 22 yaşlı N.Rüstəmov və 20 yaşlı Ə.Məmmədov
saxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşın
bank kartından 600 manat, eləcə də marketlərin birindən 450 manat
dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlı
E.Pirməmmədov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.