...

Nəqliyyat və anbar təsərrüfatına yatırımlar 20%-dən çox azalıb

İqtisadiyyat Materials 15 Sentyabr 2025 15:51 (UTC +04:00)
Nəqliyyat və anbar təsərrüfatına yatırımlar 20%-dən çox azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan nəqliyyat və anbar təsərrüfatına 2,6 milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 20,3% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,374 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8 faiz artıb. Ümumi sərmayənin 5,800 milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinin, 3,820 milyard manatı (33,6 faizi) xidmət sahələrinin, 1,754 milyard manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,3 faizi dövlət, 47,7 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 79 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 77 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti