...

İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak edən müəllimlərin NƏZƏRİNƏ

Cəmiyyət Materials 15 Sentyabr 2025 15:46 (UTC +04:00)
İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak edən müəllimlərin NƏZƏRİNƏ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Trend xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, 20 sentyabr tarixində təşkil olunacaq prosesin sənəd yoxlanışı mərhələsinə 216 nəfər müəllim dəvət olunub.

Xatırladaq ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti