Bakı. Trend:
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslər - 31 yaşlı İ.Qardaşxanlı, 20 yaşlı S.Nasib və 21 yaşlı V.İsmayılov saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan ümumilikdə 3 kiloqrama yaxın marixuana və həşiş aşkarlanaraq götürülüb.
Saxlanılanlar ifadələrində narkotik vasitələri maddi gəlir qazanmaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırmalar aparılır.