Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazdan
ümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütün
məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına
müraciət ediblər.
Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən,
əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum
edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.