Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda su elektrik stansiyalarında (SES) 2,257 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 140 milyon kVt-saat və ya 6,6% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrik stansiyalarında (İES) təqribən 15 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk səkkiz ayındakı göstərici ilə müqayisədə 65,2 milyon kVt-saat və yaxud 0,4% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-avqust aylarında 2,291 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 425,3 milyon manat təşkil edib.