Bakı. Trend:
Yunanıstanın Qavdos adasının cənubunda axtarış-xilasetmə əməliyyatları gücləndirilib və Axtarış və Xilasetmə Koordinasiya Mərkəzi (EKSED) tam hazırlıq vəziyyətinə gətirilib.
Trend "Euronews"a istinadla xəbər verir ki, bazar günü günortadan sonra "FRONTEX" gəmisi göyərtəsində 166 nəfərin olduğu iki qayığı aşkar edib. Onlardan 49-u Qavdos adasına, 117-si isə Kritin cənubundakı Xora Sfakion limanına aparılıb.
Səhər saatlarında keçirilən əməliyyatlarda isə daha iki qayıq aşkar olunub. Birində 71 nəfər, digərində isə 38 nəfər sahil mühafizəsi tərəfindən xilas edilərək Krit limanlarına aparılıb.
Beləliklə, cəmi bir neçə saat ərzində Qavdos sahillərində 275-dən çox insan xilas edilib ki, bu da Egey dənizinin cənubunda miqrasiya axınlarının intensivliyini göstərir.