...

Ötən həftə azad edilən ərazilərdə 129 mina aşkarlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2025 11:01 (UTC +04:00)
Ötən həftə azad edilən ərazilərdə 129 mina aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.09.2025-14.09.2025) məlumat açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 118 piyada əleyhinə mina, 11 tank əleyhinə mina, 1 406 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 333,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər lenti

Xəbər lenti