...

Rezidentura haqqında yeni Əsasnamə hazırlanır

Cəmiyyət Materials 15 Sentyabr 2025 12:36 (UTC +04:00)
Rezidentura haqqında yeni Əsasnamə hazırlanır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin təsdiq etdiyi rezidentura haqqında Əsasnamədə rezidentlərin maaşı həkim maaşına bərabər tutulub. Sadəcə buna əməl olunub-olunmamasını araşdırmaq lazımdır.

Trend xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, artıq Rezidentura haqqında yeni Əsasnamə hazırlanır.

“Orada çox güman ki, dəyişikliklər olacaq. Bizdə indiyədək yan ixtisaslar rezidenturada yox idi. Səhiyyə Nazirliyində bu istiqamətlərdə artıq iş gedir. Yeni Əsasnamədə maaşlarla bağlı olan müddəa da öz əksini tapmalıdır. Həkimlərin maaşı artırılırsa, rezidentlərin də maaşı qalxmalıdır”, - deyə Ə.Əmiraslanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti