...

Prezident İlham Əliyev: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk

Siyasət Materials 15 Sentyabr 2025 11:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Nikaraqua Respublikasının Həmprezidentləri cənab Daniel Orteqa Saavedraya və xanım Rosario Murilyoya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

Öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı, həmçinin qeyd edib: “İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Xəbər lenti

Xəbər lenti