...

Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək

İdman Materials 15 Sentyabr 2025 16:02 (UTC +04:00)
Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmədova Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi üçün Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı ilə bağlı təşkil olunan tədbirdə məlumat verib.

O, mərkəzdə 140 nəfərdən çox könüllünün çalışdığını bildirib:

“Könüllülərin dəstəyi nəticəsində minlərlə işçi heyəti, marşallar və təhlükəsizlik əməkdaşlarına uniforma və akkreditasiya kartları paylanılır. Yarış günlərinədək bu kartların hər biri paylanılacaq”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti