Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Hacıoğlu Kredit İttifaqı”, "Stimul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, sözügedən MMC-lər MMC tərəfindən 2025-ci ilin II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməyib. Buna görə də “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeyd edilən MMC-lərə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.