...

Azərbaycanın xarici ticarət dövriyyəsi 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 15 Sentyabr 2025 16:41 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,123 milyard ABŞ dolları və ya 3,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın, 15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4% azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.

Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və ya 2,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti