Kəlbəcər. Trend:
Mən Kəlbəcərin işğalından sonra doğulmuşam. Mənim üçün Kəlbəcər valideynlərimin xatirələrindən ibarət idi. İndi isə doğma Kəlbəcərimdəyəm. Ən çox ona sevinirəm ki, artıq “köçkün” adı üzərimizdən götürülüb.
Bu sözləri Trend-ə açıqlamasında bu gün Kəlbəcər rayonuna köç edən Elnurə Əliyeva deyib.
Doğma yurdunda mənzilinin açarını alan E. Əliyeva bildirib ki, bütün gələcək planları Kəlbəcərlə bağlıdır:
"Kimya mühəndisliyi üzrə magistr təhsili alıram. İnşallah, təhsilimi başa vurduqdan sonra Kəlbəcərdəki İstisu zavodunda çalışacağam. Mənim üçün bütün gələcək planlar buraya – Kəlbəcərə bağlıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa arzulayıram. Cənab Prezidentimizə uzun ömür və can sağlığı diləyirəm".