...

Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 15 Sentyabr 2025 17:57 (UTC +04:00)
Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.

Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

Prezident İlham Əliyevin avqustun sonu - sentyabrın əvvəlində Çin Xalq Respublikasına baş tutmuş işgüzar səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti