...

Avropa Mərkəzi Bankı 50 avroluq əsginaslarda gizli iblis təsviri şayiələrini təkzib edib

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Mərkəzi Bankı (AMB) 50 avroluq əsginaslarda gizli iblis təsvirinin olması ilə bağlı yayılan şayiələri təkzib edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verirş

Bankdan əsginasların dizaynı hazırlanarkən bu təsvirlərin hər hansı manipulyasiya obyektinə çevrilə biləcəyini nəzərə almadıqlarını bildirilib.

Söhbət avrozonaya qoşulmağa hazırlaşan bir ölkədə – xüsusilə sosial şəbəkələrdə və bəzi dini qruplar arasında yayılan iddialardan gedir. Həmin iddialarda qeyd olunur ki, guya ümumavropa əsginasları vasitəsilə ölkəyə “şeytanın gəlişi” baş verəcək.

Sosial mediada populyarlaşan videolarda iddia olunur ki, 50 avroluq əsginası müəyyən şəkildə qatlayıb güzgüyə tutduqda, guya orada “buynuzlu iblis” təsvirini görmək mümkündür. Bu iddiaların fonunda Bolqarıstanda ölkədə avronun dövriyyəyə buraxılmasına qarşı həftəsonu kütləvi etiraz aksiyaları keçirilib.

AMB-dən qeyd edilib ki, avro əsginaslarının dizaynı “Epoxalar və üslublar” mövzusuna əsaslanır. 50 avroluq pul vahidinin ön tərəfində sadəcə pəncərə və qapılar, arxa tərəfində isə xalqlar arasında ünsiyyəti simvolizə edən körpülər təsvir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti