Bakı. Trend:
Rusiyaya məxsus pilotsuz uçan aparatların Polşanın hava məkanını pozması ilə əlaqədar Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova ölkənin xarici işlər nazirliyinə çağırılıb.
Trend xəbər verir ki, bu barədə Bolqarıstan XİN bəyanatında deyilir.
Qeyd olunub ki, bu demarşla Bolqarıstan “Polşa hava məkanının qəsdən pozulmasını” pisləyir. Bundan əlavə, rəsmi Sofiya öz müttəfiqi və tərəfdaşı kimi Varşava ilə tam həmrəyliyini ifadə edib.
"Sentyabrın 10-na keçən gecə Polşa ərazisinə bir neçə pilotsuz uçuş aparatı düşüb. NATO ölkələrinin qırıcıları havaya qaldırılıb, insident nəticəsində Varşava da daxil olmaqla, bir neçə hava limanı müvəqqəti bağlanıb. Polşanın baş naziri Donald Tusk vəziyyəti “görülməmiş hadisə” adlandırıb və Rusiyanı təxribatda ittiham edib", bəyanatda vurğulanıb.