...

Azərbaycan Qran Prisi 2025-in Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb

İdman Materials 15 Sentyabr 2025 16:45 (UTC +04:00)
Azərbaycan Qran Prisi 2025-in Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıqlar plan üzrə davam edir. Bu hazırlıqların mühüm mərhələlərindən biri olan Vahid Uniforma və Akkreditasiya Mərkəzi (UAC) artıq tam fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, Mərkəz rəsmi olaraq 3 sentyabr tarixindən etibarən Milli Gimnastika Arenasında minlərlə əməkdaş, könüllü, marşal, təhlükəsizlik işçisi və podratçı nümayəndələrini qəbul edir.

Burada iştirakçılara yarış günlərində istifadə ediləcək akkreditasiya kartları və xüsusi uniformalar təqdim olunur. Mərkəzin işinin səmərəli təşkili üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bütün zəruri şərait yaradılıb.

Hazırda UAC-da 140-dan çox könüllü fəaliyyət göstərir. Onlar qeydiyyat, akkreditasiyaların hazırlanması, uniformaların paylanması və məlumatların idarə olunması proseslərinə cavabdehdirlər. Könüllülərin bu dəstəyi sayəsində yarış günlərinə qədər bütün işçi heyəti lazımi təchizatla təmin olunacaq.

Qeyd edək ki, Bakı bu il artıq 9-cu dəfə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. 19–21 sentyabr tarixlərində paytaxtımızın küçələri yenidən mühərriklərin gurultusu ilə canlanacaq və şəhər böyük sürət festivalına çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti