Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın leysan
xarakterli olacağı , şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək
fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə
yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu
düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi
gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel
keçəcəyi ehtimal olunur.