...

Bu ilin 8 ayında Azərbaycana idxal olunan avtomobillərin sayı məlum olub

İqtisadiyyat Materials 15 Sentyabr 2025 16:53 (UTC +04:00)
Bu ilin 8 ayında Azərbaycana idxal olunan avtomobillərin sayı məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 74 481 ədəd avtomobil idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 1,382 milyard ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 15 542 ədəd və ya 26,4%, dəyər ifadəsi ilə 270,480 milyon ABŞ dolları, yaxud da 24,3% artıb.

Dövr ərzində ölkəyə 43,238 milyon ABŞ dolları dəyərində 478 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,243 milyard ABŞ dolları dəyərində 68 295 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti