Bakı. Trend:
Transanadolu qaz kəməri (TANAP) ekoloji, sosial və idaretmə standartları sahəsində öz orta-müddətli və uzun müddətli hədəflərini təqdim edib.
Trend xəbər verir ki, bu haqda şirkətin 2024 il dayanıqlı inkişaf üzrə hesabatında deyilir.
Hesabata əsasən, 2030-cu ilə qədər TANAP aşağıdakıları planlaşdırır:
- Öz obyektlərində bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı layihələrin gerçəkləşdirilməsi.
- hesabatlılıq praktikasına beynəlxalq ESG standartlarının inteqrasiyası;
- yerli icmalarda iqlim dayanıqlılığının artırılması üzrə təşəbbüslərin genişləndirilməsi;
- emissiyaların azaldılması məqsədilə infrastrukturun müasirləşdirilməsi;
- davamlı inkişafın idarə edilməsində rəqəmsallaşma və səmərəliliyin yüksəldilməsi.
2035-ci ilə qədər şirkətin ESG sahəsində uzunmüddətli hədəflərinə aşağıdakılar daxildir:
- sistemdə hidrogen və sintetik metanın qarışdırılması texnologiyalarının tətbiqi;
- emissiyaların monitorinqi və idarə edilməsinin gücləndirilməsi;
- qlobal enerji keçidi hədəflərinə uyğun olaraq davamlı inkişafın ümumi strategiyasının yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi.