...

Bu il Azərbaycan 20 ölkəyə 16 milyon tona yaxın neft satıb – SİYAHI

Energetika Materials 15 Sentyabr 2025 17:20 (UTC +04:00)
Bu il Azərbaycan 20 ölkəyə 16 milyon tona yaxın neft satıb – SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə 8,396 milyard ABŞ dolları dəyərində 15,925 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,912 milyard ABŞ dolları və ya 18,5%, həcm ifadəsində isə 551,050 min ton və ya 3,3% azdır.

Hesabat dövründə Azərbaycandan İtaliyaya 4,801 milyard ABŞ dolları dəyərində 9,198 milyon ton neft ixrac edilib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın bu ilin yanvar-avqust aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti