...

Azərbaycanda gələn il ÜDM artımı 3,2% səviyyəsində proqnozlaşdırılır

İqtisadiyyat Materials 16 Sentyabr 2025 01:04 (UTC +04:00)
Azərbaycanda gələn il ÜDM artımı 3,2% səviyyəsində proqnozlaşdırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökuməti 2026-cı ildə ölkədə 134,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 101,7 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.

Beləliklə, gələn il ölkədə iqtisadi artımın 3,2%, o cümlədən qeyri-neft-qaz sektorunda 8,8% təşkil edəcəyi proqnozlaşdırılır.

Azərbaycan hökumətinin ötən ay yenilədiyi iqtisadi artım proqnozlarına görə, bu il ölkədə 129,9 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 93,5 milyard manatlıq ÜDM istehsal olunmalıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1% çox ümumi daxili məhsul istehsal (83 milyard 37,8 milyon manatllıq) olunub.

Xəbər lenti

Xəbər lenti