...

Bu ölkədə nadir arxeoloji artefaktlar aşkarlanıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 20:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyada nadir arxeoloji artefaktlar aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Belə ki, arxeoloqlar Çexiyanın ən məşhur tarixi şəhərlərindən biri olan Çeski Krumlovun yaxınlığında mühüm tapıntılar barədə məlumat veriblər.

Son aylarda köhnə şəhərin mərkəzinə yaxın ərazidə aparılan qazıntılar zamanı müxtəlif dövrlərdə yerli sakinlərin həyatına işıq salan onlarla artefakt aşkarlanıb.

Tapıntılar arasında XIV-XV əsrlərə aid keramika qalıqları, son orta əsrlərə aid metal alətlərin, zərgərlik məmulatlarının, sikkələrin fraqmentləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti