Bakı. Trend:
İsrail ordusu Qəzzaya genişmiqyaslı quru hücumuna başlayıb.
Trend xəbər verir ki, bu barədə İsrail rəsmilərinə istinadən "Axios" portalı məlumat yayıb.
Məlumata görə, hazırda zolağın bütün istiqamətlərində güclü partlayış səsləri eşidilir.
Əməliyyatın HƏMAS-ın tamamilə məhv edilməsinə yönələcəyi iddia edilir.