Bakı. Trend
AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atdı.
Trend xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bildirilib ki, bu həm də 2025-ci ilin rekord göstəricisi olmaqla, sərnişinlərin metro nəqliyyatına etimadını bir daha sübut etdi.
"İntervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə
34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə
ciddi təsir göstərdi.
Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin
sayı gün ərzində metrodan istifadə edənlərin 43.06 %-ini təşkil
etdi",- deyə əlavə edilib.