...

"Mastercard"ın Azərbaycandakı payı açıqlanıb

İqtisadiyyat Materials 16 Sentyabr 2025 11:21 (UTC +04:00)
"Mastercard"ın Azərbaycandakı payı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Mastercard"ın Azərbaycandakı payı 30-40% olmaqla dəyişir.

Trend xəbər verir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov şirkətin beynəlxalq idman tədbirlərinin Azərbaycan iqtisadiyyatına təsiri, iqtisadi göstəricilər və ölkə üzrə “Mastercard” fəaliyyətinə dair proqnozlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Mastercard" Azərbaycanda nağdsız iqtisadiyyatın böyüdülməsində davamlı səylərini davam etdirir: "Azərbaycandakı "Mastercard" dövriyyələri ilə bağlı statistika bizi çox sevindirir. Hazırda ölkədə rəqəmsallaşmanın payı 30%-i keçib. Bu da digər ölkələrlə müqayisədə yaxşı göstəricidir".

"Azərbaycanda kart dövriyyələrinin payı 60%-i, dövriyyədə olan kartların sayı isə 20 milyonu keçib. Bu göstərici inkişaf etmiş ölkələrdəkinə yaxın rəqəmlərdir.

"Mastercard" olaraq bundan sonra da səylərimizi davam etdirəcəyik", - deyə E. Zeynalov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti