...

AMB iki kredit ittifaqına icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 16 Sentyabr 2025 15:11 (UTC +04:00)
AMB iki kredit ittifaqına icrası məcburi göstəriş verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Total Finans Kredit ittifaqı” və “İşgüzar-Kredit İttifaqı”na icrası məcburi göstəriş verilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sözügedən kredit ittifaqları 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməyib. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, qeyd edilən kredit ittifaqlarına 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti