...

Agentlik sədri son 8 ayda diplom tanınması üçün müraciət edənlərin sayını açıqlayıb

Gündəm Materials 16 Sentyabr 2025 11:22 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Diplom tanınması üçün son 8 ayda 3480 müraciət əsasında müvafiq ekspertiza həyata keçirilib.

Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2989 müraciətə müsbət rəy verilib.

"491 nəfərə yəni, 14 % müraciətə isə mənfi rəy verilib.

Düşünürəm ki, bu mövzuda maarifləndirmə düzgün aparılsaydı, imtina qərarları da olmazdı", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti