Bakı. Trend:
“TikTok” sosial şəbəkəsinin Amerika seqmentində servisdə pozuntuların olması ilə bağlı çoxsaylı şikayətlər qeydə alınıb.
Trend bu barədə sosial şəbəkələrin monitorinqini aparan “Downdetector”platformasına istinadən xəbər verir.
Texniki nasazlıqla bağlı şikayətlər əsasən Bakı vaxtı ilə 12.00-dan 12:30-a qədər daxil olub.
Müraciət edən istifadəçilərin 48 faizi mobil tətbiqdə, 46 faizi serverə qoşulmaqda problemlərlə üzləşdiklərindən şikayətləniblər. 6 faizə yaxını isə videoya baxan zaman pozuntularla üzləşiblər.