...

Aİ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 16 Sentyabr 2025 15:35 (UTC +04:00)
Aİ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avrokomissiya Gürcüstana qarşı sanksiyaların tətbiqi, həmçinin bu ölkə ilə vizasız gediş-gəliş rejiminin ləğv olunmasının mümkünlüyünü nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə Avrokomissiyanın nümayəndəsi Anita Hipper brifinqdə etdiyi çıxışda bildirib.

“Keçirdiyimiz müzakirələr zamanı sanksiyalardan tutmuş vizasız rejimin dayandırılmasına və digər tədbirlərə qədər müxtəlif variantlar nəzərdən keçirilib.

Eyni zamanda, artıq qeyd edildiyi kimi, biz siyasi təmaslarımızın səviyyəsini tam şəkildə endirmişik, gürcü hakimiyyətinə maliyyə yardımını dayandırmışıq və vətəndaş cəmiyyətinə dəstəyimizi artırmışıq”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti