Bakı. Trend:
Amerikalı məşhur aktyor, kinorejissor və prodüser Robert Redford 89 yaşında vəfat edib.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Redfordun bu gün Yuta ştatında yerləşən evində həyatdan köçdüyü bildirilir. “Rogers & Cowan PMK” reklam agentliyinin direktoru Sindi Berger aktyorun yuxuda öldüyünü söyləyib.
Qeyd edilir ki, Robert Redford (Charles Robert Redford Jr.) 18 avqust 1936-cı ildə ABŞ-nin Santa Monika şəhərində ( Kaliforniya) anadan olub.
O “Butch Cassidy and the Sundance Kid” (1969), “The Sting” (1973) və “All the President’s Men” (1976) filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.