Bakı. Trend:
Rusiyanın Dövlət Ermitajında anonim zəngin daxil olmasından sonra insanlar təcili təxliyə olunub.
Trend xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.
“Bütün zalların və xidməti otaqların yoxlanılmasından sonra hər hansı təhdid aşkarlanmayıb. Hal-hazırda Ermitajın sərgilənən bütün kompleksləri adi rejimdə işini davam etdirir”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, 7 gün bundan əvvəl Ermitajda yalan bomba həyəcanı ilə bağlı təxliyyə işləri aparılmışdı.