...

Azərbaycanda dəmiryolu nəqliyyatı ilə beynəlxalq yükdaşımalar azalıb

İqtisadiyyat Materials 16 Sentyabr 2025 19:19 (UTC +04:00)
Azərbaycanda dəmiryolu nəqliyyatı ilə beynəlxalq yükdaşımalar azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələri ilə 2,032 milyard ABŞ dolları dəyərində 4,7 milyon ton beynəlxalq yükdaşımaları həyata keçirilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 50,7 milyon ABŞ dolları və ya 2,4%, həcm ifadəsində isə 79,8 min ton və ya 1,7% azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 592,9 milyon ABŞ dolları dəyərində 1,8 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 12,3 milyon ABŞ dolları və ya 2%, həcm ifadəsində isə 32,5 min ton və ya 1,7% azalma deməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycana 1,4 milyard ABŞ dolları dəyərində 2,8 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 38,4 milyon ABŞ dolları və ya 2,6%, həcm baxımıdan isə 47,3 min ton və ya 1,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti