...

Vəkillər Kollegiyasının vəkillərə ödənilən vəsaitlə bağlı vəzifəsi müəyyənləşdirilir

Cəmiyyət Materials 16 Sentyabr 2025 10:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanları olacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qaydada Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna biləcək.

Vəkillər Kollegiyası dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın (vəsaitin) vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərin bank hesablarına köçürülməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti