Bakı. Trend:
Qubadlı İşğal və Zəfər Muzeyləri Kompleksinin layihələndirilməsinə başlanılır.
Trend-in məlumatına görə, sözügedən işlər çərçivəsində tikinti üzrə layihə-smeta sənədləri hazırlanacaq və məzmunun hazırlanması işləri aparılacaq.
Belə ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “ArtCloud Network International s.c.r.l.” şirkətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 687 778 manat ödənilib.