...

Bu qəsəbədə qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 16 Sentyabr 2025 17:12 (UTC +04:00)
Bu qəsəbədə qaz olmayacaq - XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar 17.09.2025–ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

"Qaz təchizatı dayandırılan müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti