Bakı. Trend:
“Mühəndislik” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir.
Trend xəbər
verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
(TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən
brifinqdə deyib.
O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA)
sifarişiəsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci
il tarixində “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının
nəticələrinə əsasən, ümumilikdə 13 ixtisas göstəricisinə görə 89
nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri(21%) uğurlu
nəticə göstərib, digər 70 nəfəri isə (79%) uğursuz olub:
"Xüsusən də, “Həyat fəaliyyətinin təhlükəsizliyimühəndisliyi” ixtisası üzrə 23 nəfərdən yalnız 1 nəfər (4%) uğurlu olub, 22 nəfər isə (96%) uğursuz nəticə əldə edib. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə imtahandaiştirak edən 31 nəfərdən cəmi 4 nəfəri uğurlu (12%) nəticəgöstərib, digər 27 nəfər (88%) isə uğursuz olub".
"Qeyd etmək lazımdır ki, uğursuz nəticələrin əsas hissəsi
Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası alitəhsil
müəssisələrinin (ATM) məzunlarının payına düşür.
Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə
imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ATM-lərə hər
hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə
barədə sənəd təqdim etməklə qəbul olunanşəxslərdir.
Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərə və onların
ailə üzvlərinə yuxarıda qeyd olunanları nəzərə almağı tövsiyə
edirik", - deyə sədr əlavə edib.