Bakı. Trend:
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +16 dərəcədən +19 dərəcəyədək, gündüz +20
dərəcədən +23 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civə
sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə
sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +13 dərəcədən +17 dərəcəyədək, gündüz +17
dərəcədən +22 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7
dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək olacaq.