...

Azərbaycan və Özbəkistan CASCA+ çərçivəsində səylərini birləşdirirlər

İqtisadiyyat Materials 16 Sentyabr 2025 16:25 (UTC +04:00)
Azərbaycan və Özbəkistan CASCA+ çərçivəsində səylərini birləşdirirlər
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Daşkənd. Trend:

Azərbaycanın “ADY Express” şirkəti və Özbəkistanın “Alliance Multimodal” şirkəti Özbəkistan ilə Azərbaycan arasında yükdaşımaların həcminin artırılması, CASCA+ nəqliyyat dəhlizinə yeni özəl operatorların cəlb olunması, həmçinin Çin–Avropa istiqaməti üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Trend bu barədə “Uztemiryulkonteyner”ə istinadən xəbər verir.

Görüş Bakıda – Azərbaycanın paytaxtında keçirilən “Qara dəniz – Xəzər dənizi: marşrutlar, yüklər, infrastruktur” adlı beynəlxalq forum çərçivəsində baş tutub.

Forumda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TITR) genişləndirilməsi perspektivləri, Azərbaycanın regional tranzit qovşağı kimi potensialı, həmçinin Orta Dəhlizin strateji əhəmiyyəti müzakirə olunub.

Xüsusi diqqət Türkiyədə logistika infrastrukturunun inkişafına, konteynerləşmə proseslərinin sürətləndirilməsinə, eləcə də artan yük axınlarına uyğunlaşmaq üçün dəniz limanlarının və terminalların müasirləşdirilməsinə yönəldilib.

Son səkkiz ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi səkkiz dəfə, birgə istehsalatların həcmi isə beş dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti