...

Şuşa Zəfər Muzeyi layihələndiriləcək

Cəmiyyət Materials 16 Sentyabr 2025 18:00 (UTC +04:00)
Şuşa Zəfər Muzeyi layihələndiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa Zəfər Muzeyinin layihələndirilməsinə başlanılır.

Trend-in məlumatına görə, görüləcək işlər çərçivəsində tikinti üzrə layihə-smeta sənədləri hazırlanacaq və məzmunun hazırlanması işləri aparılacaq.

Belə ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum sözügedən işlərin icrasını “ArtCloud Network International s.c.r.l.” şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1 011 110 manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti