...

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilməklə bağlı məhdudiyyət aradan qaldırılır

Cəmiyyət Materials 16 Sentyabr 2025 10:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Heç kəsin iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməməsi qadağası aradan qaldırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin tədris mərkəzlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti